Loading...
Loading...

Hakimiyyət Qərbə mühacir adı ilə “desant” atır – ŞOK

Məqsəd həqiqi müxaliflərə Avropa da təzyiq göstərməkdir

Siyasi dünyagörüşü və müxalif düşüncəsinə görə bir sıra siyasilərin və media əməkdaşlarıının dar məqamda Avropaya üz tutduğu, Qərb ölkələrindən siyasi sığınacaq aldığı bir həqiqətdir. Bu da bir həqiqətdir ki, hakimiyyətin təzyiqlərindən xaricə qaçan və Qərb dövlətlərinin himayəsinə sığınan bu insanların hamısı sığınacaq aldıqdan sonra hakimiyyət üçün əlçatmaz şəxslərə çevrilir. Onların bəzisi Avropada da hakimiyyətin anti-demokratik siyasətinə qarşı media və sosial şəbəkələrdə mübarizə aparır, öz mübarizələrini Qərb ölkələrində davam etdirirlər. Hansı ki, Azərbaycandakı müxaliflərdən fərqli olaraq hakimiyyətin bu şəxsləri susdurmaq, onların fəaliyyətini əngələmək üçün heç bir rıçağı olmur. Lakin görünən odur ki, uzun illərdir ki, xaricdəki müxaliflərə təzyiq göstərmək imkanından məhrum olan hakimiyyət bu günlərdə bu problemin də “həllini tapıb”.

Özəl mənbədən 24saat.org-a daxil olan məlumata görə, hakimiyyət məlum problemin həllinə nail olmaq üçün xarici dövlətlərə mühacir adı ilə öz adamlarını yerləşdirməyə qərar verib. Məlum plana görə, hakimiyyət tərəfindən müxalifətçi olduğunu təsdiq edən bütün lazımi sənəd və vəsiqələr, foto və video “faktlarla” təmin edilən bu şəxslər Qərbin aparıcı ölkələrindən siyasi sığınacaq alır, bundan sonra Bakıdan verilən təlimata əsasən bu ölkələrdəki fəal müxalifətçilərə qarşı mübarizəyə start verirlər. Bu mübarizənin mahiyyətini isə əsl müxalifətçilərlə bağlı həmin dövlətin rəsmi qurumlarına yalan məlumatlar vermək, onların müxalifətçi deyil, bu addan istifadə edən sıradan fırıldaçı olduğunu “isbatlamaq”, həmin müxalifətçilərin bu dövlətlərdəki oturumunun ləğvinə nail olmaqdır. Məqsəd sözügedən müxalifətçiləri oturum hüququndan məhrum etmək, onları yenidən Azərbaycana qayıtmaq məcburiyyəti qarşısında qoymaq və beləliklə də rahat şəkildə cəzalandırmaq imkanı qazanmaqdır.

Bundan başqa, hakimiyyət hesab edir ki, öz yazı və çıxışları ilə Azərbaycanın imicinə beynəlxalq aləmdə davamlı şəkildə zərbə vuran xaricdəki fəal müxalifətçilərin neytrallaşdırılması beynəlxalq təşkilatlar və Qərb ictimai rəyində Azərbaycan hakimiyyətinə qarşı mənfi təəssüratın formalaşması prosesini əngəlləmək baxımından da zəruridir.
Hələlik hakimiyyətin Qərbdə həyata keçirməyə hazırlaşdığı “desant əməliyyatının” nə dərəcədə effektli olacağı dəqiq bəlli olmasa da, artıq indidən xaricdəki müxalifətçilər üçün yeni bir sınaq mərhələsinin başlandığını iddia etmək olar. Görünən odur ki, mübarizə meydanı dəyişsə də mübarizənin mahiyyəti dəyişilməz olaraq qalacaq.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Akif Çovdarova general rütbəsi veriləndə bütün MTN gülürdü”

Loading...
%d bloqqer bunu bəyənir: