Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mehman-eliyev

“Hakimiyyət öz səhvini başa düşür, lakin…”

Mehman Əliyev: “Bunu açıq şəkildə büruzə vermir”

“Azərbaycanın faciəsi odur ki, vətəndaş cəmiyyətlərinin səsi eşdirilmir”

Azərbaycanda siyasi sifarişli həbslərin artması bu sifarişlərin qurbanı olan şəxslərin müdafiəsi zərurətini də artırmaqdadır. Məhz bu zərurətin nəticəsidir ki, son vaxtlar ölkədə həbs edilən müxalif düşüncəli şəxslərin müdafiəsi ilə bağlı müxtəlif komitələrin yaradılması tendensiyası artmaqdadır. Hansı ki, son belə komitələrdən biri sabiq prokurorluq əməkdaşı Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsidir.

Maraqlıdır, siyasi motivli həbslərin davam etdiyi bir zamanda Müdafiə Komitələrinin fəaliyyəti hansısa nəticə verə bilərmi? Rüfət Səfərov və digərlərinin məsələsində ictimai dəstək faktoru nə dərəcədə həlledici rol oynaya bilər?

24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bunun bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi:

“Ictimai dəstəyin bu kimi məsələlərdə rolu vaxt və məqama görə dəyişir. Əslində bu cür təşəbbüslər əvvəllər – 90-cı illərin sonu, 2000-ci illərin əvəllərində daha çox idi. Lakin sonralar hakimiyyət vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıraraq bu kimi çağırışları demək olar ki, qəbul etmədi. Hakimiyyət son illər ictimai fikir və ictimai mövqe ilə razılaşmır. Azərbaycanın faciəsi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti məhdudlaşdırılıb, onun səsini kimsə eşitmir. Lakin buna baxmayaraq bu səylər davam etməlidir. Müdafiə Komitələri öz fəaliyyətini davam etməli, çağırışlar səsləndirməlidir. Burda bir məsələ də var ki, hakimiyyət artıq öz səhvini başa düşür. Düzdür, bunu açıq şəkildə bildirmir. Amma başa düşür ki, səhvləri nədir və hansı nəticələrə səbəb olur. Ona görə də hakimiyyətin öz addımlarına düzəlişlər etmək istəyi hiss olunur. Bu baxımdan Müdafiə Komitələrinin fəaliyyəti əhəmiyyətlidir və hesab edirəm ki, indiki vəziyyətdə bu komitələrin fəaliyyəti daha effektlidir”.

Seymur Əliyev
24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Akif Çovdarov Eldar Mahmudova villa hədiyyə edib – Fatmaidə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: