Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mehman-1

“Hakimiyyət onlayn media üzərindəki nəzarətini legitimləşdirmək istəyir”

Mehman Əliyev: “Elektron medianı maliyyələşdirmək niyyətinin arxasında bu dayanır”

Son vaxtlar onlayn medianın dövlət büdcəsindən maliyyələşməsi məsələsi gündəmdədir. Mediaya açıqlamasında məsələyə münasibət bildirən bir çox millət vəkili bunun nəinki mümkün, həm də zəruri olduğunu vurğulayıb.
Maraqlıdır, onlayn medianı dövlət tərəfindən maliyyələşməsi onun müstəqilliyinin məhdudlaşmasına gətirib çıxarda bilərmi? Hakimiyyət bu məsələdə nə dərəcədə səmimidir?
24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hakimiyyətin bununla elektron media üzərindəki nəzarətini legitimləşdirmək istədiyini bildirib:
“Onsuz da əksər elektron media orqanları qeyri-rəsmi şəkildə maliyyələşir. Onlar hakimiyyətin nəzarəti altındadır. Sadəcə görünən odur ki, hakimiyyət onlayn media üzərindəki nəzarəti legitimləşdirmək istəyir. Elektron medianı maliyyələşdirmək niyyətinin arxasında bu dayanır”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

DTX və Baş Prokurorluq Çovdarovla bağlı xəbəri nə təsdiq, nə də təkzib edir…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: