Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Hakimiyyət “MTN işi” ilə bağlı təhqiqatın dərinləşməsində maraqlı deyil”

 

Müzəffər Baxışov: “Bu dərinləşmə ilk növbədə hakimiyyətin özünə zərbə vurur”

“Hakimiyyət “MTN işi ilə bağlı təhqiqatın dərinləşməsində maraqlı deyil. Çünki bu dərinləşmə ilk növbədə hakimiyyətin özünə zərbə vurur”.

Bunu 24saat.org-a açıqlamasında tanınmış hüquqşünas Müzəffər Baxışov bildirib. Onun sözlərinə görə, MTN-dəki dəstənin zərərsizləşdirilən fiqurları hakimiyyətin özünə təhlükə doğurduğu üçün ifşa edilib:

“Bu iş üzrə təxminən 22 nəfər həbs olunub. Bunun özü də hakimiyyətə zərbədir. Sadəcə olaraq, hakimiyyət məcburiyyət qarşısında qaldığı üçün bu şəxsləri ifşa etdi. Çünki artıq ortada hakimiyyətin özü üçün çox böyük təhlükə var idi.

Azərbaycanda bu qəbildən olan cinayətlər konkret bir dairə ilə məhdudlaşdırılır. Dəfələrlə belə olub. DİN-də Hacı Məmmədov olayı ilə bağlı baş verən cinayətlərdə də belə oldu. Bəlli bir yerdən sonra məsələyə nöqtə qoyuldu və həmin nöqtədən o tərəfə getmək mümkün olmadı. Bu, istintaqla bağlı hökumətin strategiyasıdır.

Bizdə istintaq orqanları formal xarakter daşıyır. Onlar Prezident Administrasiyasından gələn göstərişlərə uyğun şəkildə hərəkət edirlər. “MTN işi”ndə əli olan digər şəxslərin, habelə hakimlərin, vəkillərin, jurnalistlərin və s. məsuliyyətə cəlb edilməməsi bununla bağlıdır.

Onlar öz əməllərinə görə indiki hakimiyyətin dönəmində məsuliyyətə cəlb edilməsələr də, Allah onların cəzasını verəcək. Insanların əsassız yerə cəzalandırılması prosesində iştirak etdiklərinə görə, onlara ən böyük cəza Allahdan gələcək. Mən buna əminəm”.

Seymur Əliyev

24SAAT.ORG

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Kremlin MÜHARİBƏ PLANI: genişmiqyaslı əməliyyat başlanacaq, əgər…

%d bloqqer bunu bəyənir: