Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Hakimiyyət həmkarlar ittifaqını “kuklaya döndərib””

Mehman Əliyev: “Onu hakimiyyətin beşinci çarxına çeviriblər”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında Azərbaycanda kütləvi işsizlik şəraitində həmkarlar ittifaqının susqunluyunu sərt tənqid edib, bu qurumun hakimiyyət tərəfindən tam olaraq neytrallaşdırıldğını bildirib. M.Əliyevin sözlərinə görə, həmkarlar ittifaqı sahibkarların, fəhlələrin hüquqlarını müdafiə etməli olduğu halda, heç bir aktivlik sərgiləmir:
“Azərbaycanda həmkarlar ittifaqını darmadağın ediblər, “kukla”ya döndəriblər. Onu hakimiyyətin beşinci çarxına çeviriblər. Hansı ki, o, opponentlik etməlidir. Həmkarlar ittifaqı Azərbaycan hökuməti ilə iş adamlarının, fəhlələrin hüquqlarının müdafiəçisi kimi sənəd imzalayıb. Əslində isə bu hüquqları müdafiə etmir. Həmkarlar ittifaqı səsini belə qaldırmır. Bu gün Azərbaycanda həmkarlar ittifaqı neytrallaşdırılıb. Bu isə o deməkdir ki, sabah işsizliklə bağlı etirazlar həmkarlar ittifaqından kənar xətlər, istiqamətlər üzrə meydana çıxacaq, bu qurum proseslərdən kənarda qalacaqdır”.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Erkin Qədirli: “İstanbulda baş verən terrorun arxasında Rusiya durur”

%d bloqqer bunu bəyənir: