Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Hakimiyyət dialoq təklifinə lağ-lağı münasibət bəsləyir”

 

Mirmahmud Mirəlioğlu: “İqtidar dialoqdan qaçmaqla həm də öz acizliyini göstərir”

KXCP sədri Mirmahmud Mirəlioğlu 24saat.org-a açıqlamasında iqtidar-müxalifər dialoqu ilə bağlı gözləntilərindən bəhs edib. M.Mirəlioğlu hakimiyyətin bu məsələyə qeyri-ciddi yanaşdığını bildirib:

“Azərbaycan hakimiyyəti heç nəyə əhəmiyyət vermir. Onlar görüş çağırışlarına, dialoqa önəm vermirlər. Hakimiyyət bu kimi məsələlərə lağ-lağı münasibət sərgiləyir. Bildirirlər ki, müxalifət təkliflərini yazıb göndərsin, baxarıq. Onların yanaşma tərzi bundan ibarətdir. Halbuki ortada müzakirə olunması gərəkən ciddi məsələlər var.

Biz arzu edirik ki, dialoq olsun, qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparılsın. Hər kəs öz cəbhəsində dayanıb monoloqlarla fikir bildirməsin.

Hakimiyyət əslində bu müzakirələrdən qaçmaqla öz acizliyini göstərir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycan XİN İlham Əliyevin Qarabağ ermənilərinə ultimatumu xəbərini şərh edib

%d bloqqer bunu bəyənir: