Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyət daxilində vitse-prezidentlik savaşı başlayıb

Konstitusiyaya dəyişikliklər qəbul edilməmişdən qruplaşmalar üz-üzə gəlib; İlham Əliyevə ultimatum verənlər də var

Ölkə başçısı Ilham Əliyevin konstitusiyaya dəyişikliklərlə bağlı qərarı hakimiyyətdəki bəzi qruplaşmalar üçün gözlənilməz olub. Iqtidar mətbəxindən redaksiyamıza sızan məlumatda deyilir ki, hakimiyyət nümayəndələrinin çoxunun məsələyə ağlabatan izahat verə bilməməsinin kökündə də bu dayanır. Hətta bəzi hakimiyyət nümayəndələri prezidentlik müddətinin 7 ilə qaldırılmasına münasibət bildirərkən mərhum Heydər Əliyevin buna qarşı olduğunu bildirib.

Məlumatda bildirilir ki, dəyişikliklərdə iqtidar düşərgəsində daha çox diqqətçəkən vitse-prezidentlik institutunun yaradılmasıdır. Məlumat üçün deyək ki, yeni dəyişikliklərdə birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması qeyd olunur. Həmçinin məlum olur ki, birinci vitse-prezident və vitse-prezidentlər müvafiq situasiyalarda prezidentin səlahiyyətlərini icra etmək statusuna malikdirlər. Bu da hakimiyyət daxilində ikincilik uğrunda mübarizəni yenidən alovlanmasına səbəb olub.

Xatırladaq ki, bu layihəyə qədər hakimiyyət daxilində baş nazirlik uğrunda savaş gedirdi. Bu mübarizədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədovun xüsusi olaraq adları çəkilirdi. Bu məmurların niyyəti ikinciliyi əldə etmək və hakimiyyət daxilində təsir imkanlarını daha da artırmaqdan ibarət idi. Lakin konstitusiyaya dəyişikliklər ediləcəyi təqdirdə baş nazir postunun demək olar ki, əhəmiyyəti qalmayacaq. Ona görə də indidən vitse-prezidentlik uğrunda mübarizəyə start verilib.

Hətta bəzi qruplaşmalar onlara yaxın olan deputatlar vasitəsilə Ilham Əliyevlə ultimativ dildə danışmaqdan da çəkinmirlər. Ölkə başçısından indidən 1-ci vitse-prezident olacaq şəxsin adını açıqlamasını tələb edirlər. Mənbə bildirir ki, bu, indidən mövqe müəyyənləşdirməkdən ötrüdür. Lakin Ilham Əliyevin bu vəzifəyə təyin olunacaq şəxsin adını indidən açıqlayacağı inandırıcı görünmür. Əvvəla, hələ dəyişikliklər layihə şəklindədir. Mümkündür ki, iqtidar daxilində vitse-prezidentlik uğrunda mübarizənin kəskinləşməsindən, yaxud cəmiyyətin ciddi etirazından dolayı elə layihə şəklində qalsın. Ikincisi, Ilham Əliyevin indidən ad açıqlaması həmin şəxsin əleyhdarlarının onu hədəfə gətirməsinə, ziddiyyətlərin daha da dərinləşməsinə səbəb ola bilər.(azadliq.info)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycan Qarabağa ən yüksək muxtariyyət verməyə hazırdır

%d bloqqer bunu bəyənir: