Loading...
Loading...

Hakimiyyət Cahangir Hacıyevi susdura biləcəkmi?

Bankirin qızı ilə bağlı hərəkətlənmənin sirri

Azərbaycan Beynəlxalq Bankının sabiq İdarə Heyətinin sədri Cahangir Hacıyevin məhkəmədə etdiyi çıxışlar hakimiyyıti narahat edib.

24saat.org-a daxil olan məlumatda deyilir ki, Cahangir Hacıyevin qızı Leyla Mahmudovanın da “kredit qalmaqalı” ilə bağlı işə cəlb olunması bu narahatlığın təzahürüdür.

Qeyd edək ki, Leyla Mahmudova keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlinidir. Onun hazırda Londonda olduğu barədə əlimizdə məlumatlar var.

Bəzi KİV-lər xəbər yayıb ki, Leyla Mahmudova ölkəyə qayıdacağı təqdirdə məsuliyyətə cəlb oluna bilər. Onunla bağlı “stop” qərarının olduğu iddia edilir.

Məlumata görə, Leyla Mahmudova ilə bağlı hərəkətlənmə Cahangir Hacıyevi susdurmağa yönələ bilər. “Cahangir Hacıyev hələ istintaq altında olan zaman bacısı və vəkili vasitəsiylə sərt açıqlamalar verirdi. Onu susdurmaq üçün həyat yoldaşı barədə həbs qərarı verildi. Lakin məhkəmədki çıxışları göstərdi ki, Cahangir Hacıyev susmaq niyyətində deyil. Ona görə də, qızı ilə bağlı müəyyən addımlar atılmağa başladı”,-deyə mənbə bildirib.

Məlumat üçün deyək ki, Cahangir Hacıyev məhkəmədə əsasən maliyyə naziri Samir Şərifovu hədəfə alıb. Bankir iddia edir ki. “kredit qalmaqalı” maliyyə nazirinin düzüb-qoşduğu işdir. Həmçinin Cahangir Hacıyev açıq şəkildə Samir Şərifovun dövlətə qarşı olduğunu iddia edir. Ekspertlər hesab edir ki, Cahangir Hacıyev bu iddiası ilə Samir Şərifodv barədə “agent qalmaqalı”na işarə vurur.

Mənbə bildirir ki, Cahangir Hacıyev birinci şəxsin üzərinə getməsə də, onun maliyyə nazirini də hədəfə alması hökumətin söz sahiblərinin maraqlarına uyğun deyil. “Hər halda, Samir Şərifovu vəzifəyə ölkə başçısı təyin edib. Onun sərt tənqid olunması, qanunsuz əməllərdə ittiham olunması elə ölkə başçısını tənqiddir. Narahatlıq da bununla bağlıdır”, – deyə mənbə bildirib.

Qaynağımızın sözlərinə görə, Cahangir Hacıyev danışmağa davam edəcəksə, məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salına bilər: “Referendum ərəfəsində hakimiyyətə bu sayaq qalmaqallar lazım deyil. Cahangir Hacıyev danışmağa davam edəcəksə, məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salına bilər. Mümkündür ki, referendum bitəndən və ölkədəki vəziyyətin nəzarət altında olduğuna əminlik yaranandan sonra prosesə yenidən start verilsin”.

24saat.org

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Hakimiyyətdəki “gülənçilər” təşvişdə

%d bloqqer bunu bəyənir: