Loading...
Loading...

“Hakimiyyət cəmiyyəti qaçqınların girovuna çevirib”

Mehman Əliyev: “Demokratiyadan söz düşəndə öncə onların mövcudluğunu xatırladır”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında hakimiyyəti ölkədəki qaçqın problemindən sui-istifadə etməkdə ittiham edib. M.Əliyevin sözlərinə görə, beynəlxalq təşkilatların demokratiya və insan haqları ilə bağlı iradlarına cavab olaraq ölkədəki qaçqın probleminə diqqət çəkən, öncə beynəlxalq qurumları bu problemin həllinə səsləyən hakimiyyətin məlum mövqeyi yanlışdır:
“Hakimiyyət hər zaman insan haqları, məhkəmələr, söz azadlığı və s. ilə bağlı söhbət düşəndə başlayır ki, bizdə bir milyon qaçqın var, öncə onların hüquqlarını müdafiə edin, sonra gəlin bizimlə başqa şeylərdən danışın. Bizi qaçqınların girovun çeviriblər. Cəmiyyəti bu problemin girovuna çeviriblər və bildirirlər ki, öncə bu problem həll edilsin, ondan sonra demokratik hüquqlardan danışılsın. Məsələyə bu cür yanaşmaq düzgün deyil. Cəmiyyəti bu problemin girovuna çevirmək olmaz. Demokratiya və insan haqları ilə bağlı problemlər aradan qaldırılmalı və demokratik azadlıqlar təmin edilməlidir”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Lənkəranskiyə görə Moskvada toplaşdılar – Video/Özəl

%d bloqqer bunu bəyənir: