Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyət böhrandan kazinolar vasitəsilə çıxmaq istəyir

Qumarxanaların fəaliyyətinə icazə verilməsi gündəmə gətirilib

“Müxtəlif ölkələrdə kazinolaradan istifadə edirlər və ondan gəlirlər əldə edilir. Bəziləri elə fikirləşir ki, vergi ilə bağlı qərarları Vergilər Nazirliyi qəbul edir. Amma biz icraedici orqanıq”.

Qafqazinfo-nun məlumatına görə, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda kazinoların açıqlması ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, əslində bu məsələyə şərh vermək istəmir: “Şəxsən mən özüm kazinoların açılmasının tərəfdarı deyiləm. Indi kim necə qərar qəbul edəcəksə, bunu deyə bilmərəm”.

Turizm sahəsinin vergidən azad olunmasına gəlincə isə nazir müavini qeyd edib ki, bu gün Azərbaycan böyük turizm ölkəsinə çevrilmək ərəfəsindədir: “Ölkədə turizmin inkişafı üçün gözəl infrastruktur yaradılıb. Novruz Bayramında da Azərbaycana turistlərin kütləvi axını oldu. Heç bu qədər axına hazır deyildik. Əgər turizm sahəsinin vergidən azad olunması məsələsi qoyularsa, buna baxıla bilər. Dövlətin sosial iqtisadi siyasəti bunu tələb edirsə, baxmaq olar. Amma bu gün ən böyük otellər belə gəlirsiz işləyir”.

Qeyd edək ki, Azərbaycanda kazinoların fəaliyyətinə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən qadağa qoyulub. Görünür, böhranın dərinləşməsi hakimiyyəti hətta Heydər Əliyevin qərarını aradan qaldırmaq məcburiyyətində qoyub. Doğrudur, hələ ki, kazinoların fəaliyyətinin bərpası barədə konkret qərar yoxdur. Lakin bu gündəmə gətirilibsə, belə bir niyyətin olmasını ehtimal etmək olar. (azadliq.info)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Gizli Qarabağ görüşü: Sabiq prezident Saakyana nə deyib?

%d bloqqer bunu bəyənir: