Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyət Əli Kərimliyə qarşı növbəti təxribatında da ciddi səhvə yol verdi – FAKT

Bu gündən etibarən hakimiyyətin uğursuz siyasətini təbliğ edən saxta profillərdən AXCP sədri Əli Kərimliyə qarşı yeni qarayaxma kampaniyaya start verilib. Bu çərçivədə həyata keçirilmiş əməliyyat-şərləmə tədbirləri nəticəsində guya Əli Kərimlinin Fətulılah Gülənə çevrilişə dəstək verdiyini ehtiva edən saxta məktub yolladığı iddia olunaraq həmin məktubun surəti paylaşılır.

Əvvəlcədən bildirək ki, heç bir dərin incələmə olmadan sənədin kustar üsulla hazırlandığı, imzanın isə AXCP sədrin imzası ilə bənzər olmadığı aşkar görünür.

Bundan əlavə, saxtakarlıq edən şəxslər savadsızlıq nümayiş etdirərək Azərbaycan Xalq Cəbhəsi Partiyası əvəzinə Azərbaycan Xalq Cumhuriyyəti Partiyası adından istifadə ediblər.

Bütün bunlarla yanaşı, ən müasir texnologiyalardan istifadə etmək imkanı və bacarığında olan AXCP sədrinin elektron məktub əvəzinə sovet illərinin ənənəvi məktub üsulundan istifadə edəcəyinə də özlərini inandıran hakim komandanın bu “gedişi” sosial şəbəkələrdə şəbehə çevrilib.

24saat.org 

mmmm

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Türkiyə-Ermənistan sərhəddində təhlükəsizlik qüvvələri ilə atışma – YARALANANLAR VƏ ÖLƏN VAR

%d bloqqer bunu bəyənir: