24 saat

Hakimiyyət hər ötən gün antidemokratiyanın qaydalarını daha da möhkəmləndirir


 

Namizəd Səfərov: “Demokratik dəyərlər qanunvericlik şəklində ortadan qaldırılır”

“Nə qədər ki, bu rejim hakimiyyətdədir, Azərbaycanda demokratiyadan danışmağın özü belə artıqdır”.

Bunu 24saat.org-a açıqlamasında hüquqşünas Namizəd Səfərov bildiirb. Onun sözlərinə görə, hakimiyyət hər gün, hər saat antidemokratik ab-havanı möhkəmləndirir, demokratik normaları ortadan qaldırır:

“Hadisələrin gedişi göstərir ki, hakimiyyət hər ötən gün antidemokratiyanın qaykalarını daha da möhkəmləndirir. Bütün demokratik dəyərlər qanunvericlik şəklində tədricən ortadan qaldırılır. Demokratik normalar ləğv edilir.

Hakimiyyət insanların demokratik yaşamını təmin etməlidir. Lakin bizdə əksinədir. Bu isə təbiidir. Hakimiyyət gecə-gündüz cinayətlər törətməklə məşğuldur. Cəmiyyətdə demokratiya tətbiq edilsə, o zaman bu şəxslərin özü 5 dəqiqədən sonra həbs edilər. Bu səbəbdən də, mövcud hakimiyyətin davam etdiyi müddət ərzində demokratiyadan danışmaq əbəsdir”.

Seymur Əliyev

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: