Hakimin intiharında FƏTÖ izi – şok iddialar


2014-cü ildə Türkiyənin Ərzurum şəhərində bir hakimin intiharı ilə bağlı gizlinlər üzə çıxıb. 24saat.org odatv.com-a istinadla xəbər verir ki, şəhərin Uşaq Məhkəməsinin hakimi Ələddin Çambelin canına qəsd etməsində Fətullah Gülən izinin olması iddia edilir.

FƏTÖ-nun təsiri altında olan Hakimlər və Prokurorlar Yüksək Qurumunun (türkçə HSYK) onu intihara təhrik etdiyi haqda şübhələr var. O zaman 2847 prokuror və hakim vəzifəsindən uzaqlaşdırılarkən Ə.Çambel soyuq Ərzurum şəhərinə sürgün edilir.
Onun xanımı Nalan Çambelin sözlərinə görə, həmin vaxt təkcə onlar yox, çevrədəki bir çoxları çıxılmaz vəziyyətdə qalıb. N.Çambelin əri 2014-cü ilin 19 yanvarında Ərzurumda silahla özünü öldürüb. Bu hakim, ədliyyə sistemində “Gülənin üzü” kimi tanınırdı.

Ancaq intiharından 2 ildən çox vaxt keçdikdən sonra bu faciəyə təhrik edilməsində FƏTÖ-nun HSYK qurumunun rolu olduğu üzə çıxıb. Belə ki, 15 iyul hərbi qiyamına cəhddən sonra HSYK-nın işdən çıxardığı və ya sürgünə bərabər olan təyinatları ilə bağlı sənədlər açılıb.
61 səhifəlik sənədlərdə Ə.Çambelin də adı keçir. Məlum olub ki, ağır xəstəliyi olan və davamlı müalicələr alan hakim təyinatın ünvanına etiraz etsə də, məhəl qoyulmayıb.
O, Ərzurum kimi soyuq iqlimi olan şəhərə göndərilib. 2013-cü ildə xəstəliyinin ağırlaşdığını deyərək başqa şəhərə təyinat verilməsini istəyən hakimin bu müraciəti də havada qalıb.
Bu faktla FƏTÖ-nun nəzarətində olan HSYK-nın Çambeli bilə-bilə ölümə göndərdiyi qənaətinə gəlinib.
Xanım Çambelin sözlərinə görə, soyuq olduğundan Ərzurumu istəməyiblər: “Dedik ki, Diyarbakır, Şanlırurfa kimi isti bölgələr olsun. Artıq ərimin bu məsələsinin müzakirə edilməsini istəmirəm. Tək istədiyim onun məzarında raahat yatmasıdır”.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Ölümlə hədələnən jurnalist Ramil Usubova müraciət etdi: “HƏYATIM TƏHLÜKƏDƏDİR”

%d bloqqer bunu bəyənir: