Loading...
Loading...

Hakimi kürsüsündə öldürmək istədilər –Lənkəran Məhkəməsində şok olay

24saat.org Lənkəranda baş verən şok məhkəmə hadisəsini işıqlandırır:

Azərbaycanda məhkəmə hakiminə qarşı sui-qəsd etməkdə ittiham olunaraq həbs olunan Lənkəran şəhər sakinləri – 1987-ci il təvəllüdlü Rəşad Əliyev və 1990-cı il təvəllüdlü Murad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Rəşad Əliyev və Murad Əliyev Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü (oğurluq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 avqust 2013-cü il tarixdə, saat 17.30-da Lənkəran rayon Məhkəməsinin inzibati binasında baxılıb. Həmin vaxt cinayət işi məhkəmənin hakimi Təyyar Abbaslının sədrliyi ilə baxılıb.

Hakimə xiyar atdı və sonra boğmaq istədi

Bu zaman Rəşad Əliyev hakimə etiraz edib və işə baxmamasını tələb edib. Təyyar Abbaslı etirazın məhkəmənin sədri tərəfindən artıq baxılaraq əsassız olduğu üçün təmin olunmadığını bildirib. Rəşad Əliyev və Murad Əliyev hakimin ünvanına nalayiq ifadələr işlədiblər.
Rəşad Əliyev istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 ədəd xiyarı təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş dəmir barmaqlıq arasından hakimə atıb. Sonra Rəşad qanunsuz hərəkətlərini davam etdirib və təpiklə dəmir barmaqlığın qapısını sındırıb və hakimin üzərinə hücum edib.
O, hakimin oğurduğu masaya bir neçə təpik zərbəsi vurub və Təyyar Abbaslını öldürəcəyi ilə hədələyib. Həmin vaxt Rəşad Əliyev hakimin üzərinə tərəf getmək istəyib.
Bu zaman onun hərəkətlərinin qarşısı orada olan Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin polis konvoy nəfərləri tərəfindən alınıb.

Əmioğlanları nədə ittiham olunublar?

Bundan sonra Rəşad Əliyev və Murad Əliyevə Cinayət Məcəlləsinin 288.1-ci (işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, andlı iclasçıları, habelə onların yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə) maddəsi ilə ittiham ediliblər.
Onu da qeyd edək ki, hakim Təyyar Abbasli oğurluq etdiyi üçün həbs olunan Murad Əliyevin 4 il 6 ay, Rəşad Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Bundan sonra hər iki əmioğlunun barəsində hakimə sui qəsd etdikləri üçün ayrıca icraatda cinayət işi başlayıb. Bu cinayət işinə isə Lənkəran rayon Məhkəməsində, hakim Elçin Kazımovun sədrlik etdiyi prosesdə baxılıb. Məhkəmənin hökmü ilə Murad Əliyev 6 il, Rəşad Əliyev isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

“Məhkəmədən qaçmaq istəmişəm”

Hər iki təqsirləndirilən şəxslər hökmdən narazı qalaraq apelyasiya şikayəti veriblər. Onların şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Murad Əliyev məhkəmədə verdiyi ifadəsində göstərib ki, xəstə olduğu üçün məhkəməyə gəlmək istəməyib: “Ancaq polis işçiləri zorla məni iş gününün sonunda məhkəməyə gətirdilər. Hələ hakim məhkəmə zalına daxil olmamışdan əvvəl polis işçilərinə etiraz etmişəm, salındığım çərçivədən çıxaraq qaçmaq istəmişəm. Hakim zala daxil olduqdan sonra polislər məni zorla məhkəməyə gətirdiyi üçün və müdafiəçim iştirak etmədiyinə görə məhkəmə prosesinin aparılmasına etiraz etmişəm və zalda narazılığımı bildirmişəm. Bundan sonra çərçivənin qapısını təpiklə vuraraq açmışam və zala giriş qapısına tərəf qaçarkən polislər məni tutub. Bu zaman döşəməyə bir iki təpik vurmuşam”.

“Hakimə xiyar atmamışam”

Murad Əliyev əlavə edib ki, hakimi öldürməklə hədələməyib: “Hakimin ünvanına nalayiq və latayır ifadələr işlətməmiş. Hakimə heç vaxt xiyar atmamışam. Ancaq hakimə narazılığımı bildirmişəm ki, polislər məni xəstə olduğum halda zorla saat 06 dan sonra məhkəməyə gətiriblər”.
Digər təqsirləndirilən Rəşad Əliyev ifadəsində göstərib ki, iş gününün sonu olduğu üçün və digər təqsirləndirilən şəxs Murad Əliyev xəstə olduğu üçün məhkəməyə gəlmək istəməyib: “Ancaq polis işçiləri zorla məni saat 18 25-də məhkəməyə gətirdilər. Hələ hakim məhkəmə zalına daxil olmamışdan əvvəl polis işçilərinə etiraz etmişəm, salındığı çərçivədən çıxaraq qaçmaq istəmişəm. Hakim zala daxil olduqdan sonra polislər məni zorla məhkəməyə gətirdiyi üçün və müdafiəçimin iştirak etmədiyinə görə məhkəmə prosesinin aparılmasına etiraz etmişəm”.
İş üzrə şahid qismində ifadə verən Rauf Qurbanov bildirib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin kanvoy polis nəfəri vəzifəsində 2011-ci ildən işləyir: “16 avqust 2013-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının göstərişinə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilərək müvəqqəti saxlama yerində saxlanılan Murad Əliyev, Rəşad Əliyev və Samid Əliyevi Lənkəran rayon Məhkəməsinin inzibati binasına məhkənə iclas zalına gətirdik. Təqsirləndirilən şəxslər Müvəqqəti Saxlama Yerindən kameradan çıxarılanda üzərləri yoxlanılıb, sonra kanvoy avtomaşınına mindirilib. Onlar məhkəmə iclas zalına aparılaraq zalda olan dəmir barmaqlıqların içərisinə salınıb. Əllərinə vurulmuş qandalları açaraq barmaqlığın qapısı bağladıq”.

“Əlində olan almanı hakimə atdı”

Şahidin sözlərinə görə, məhkəmə baxışa hazır olandan sonra hakim Təyyar Abbaslı məhkəmə iclas zalına daxil olub, iclas katibi məhkəmədə iştirak edənlər haqqında məlumat verməyə başlayıb: Həmin vaxt təqsirləndirilən şəxs Murad Əliyev katibin sözünü kəsərək hakimə etiraz etdiyini bildirdi. Hakim Təyyar Abbaslı təqsirləndirilən şəxsin verdiyi etirazın məhkəmənin sədri tərəfindən müzakirə edilərək əsassız olduğu üçün təmin edilmədiyini söylədi. Bundan sonra Murad Əliyev hakimin ünvanına ucadan nalayiq ifadələr işlətid. Sonra təpiklə dəmir barmaqlığa zərbə vurdu və dəmir barmaqlığının qapısını açaraq hakim Təyyar Abbaslının oturduğu masaya tərəf qaçdı. O, hakimin oturduğu stola təpiklə zərbə vuran zaman kanvoy nəfərləri onu tutdular. Həmin vaxt digər təqsirləndirilən şəxs Rəşad Əliyev əlində olan almanı hakim Təyyar Abbaslıya tərəf atdı və dəmir barmaqlıdan çıxmaq istəyəndə kanvoy nəfərləri onu da tutaraq əlinə qandal vurdular”.
Rauf Qurbanovun sözlərinə görə, təqsirləndirilən şəxslər Murad Əliyev və Rəşad Əliyev hakim Təyyar Abbaslıya qarşı qəti etiraz ediblər və onu öldürəcəkləri ilə hədələyiblər: “Sonra hakim Təyyar Abbaslının göstərişinə əsasən təqsirləndirilən şəxslər məhkəmə iclas zalından çıxarılaraq saxlanma yerinə apardıq”.
Murad Əliyev və Rəşad Əliyevin vəkili Ağakişi Nağıyev apelyasiya şikayətində göstərib ki, Lənkəran rayon Məhkəməsi Murad Əliyevin əməlini Cinаyət Məcəlləsinin 288.1-ci mаddəsindən həmin məcəllənin 289.2-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) mаddəsinə tövsif etməli idi: “Murad Əliyevin əməlində Cinayət Məcəlləsinin 288.1-ci maddəsinin əlamətləri olmayıb. Murad Əliyev və Rəşad Əliyevin hərəkətlərində Cinayət Məcəlləsinin 289.2-ci maddəsinin əlamətləri olub”.
Müdafiəçi qeyd edib Murad Əliyevin və Rəşad Əliyevin məhkum edilmələri barədə Lənkəran rayon Məhkəməsinin hökmü dəyişdirilməlidir.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, bu hadisədən sonra Təyyar Abbaslının yeri dəyişdirilib. O, 2015-ci ildə Sabirabad rayon Məhkəməsinə hakim təyin olunub.
Aydın Məmmədov

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

XƏDİCƏ İSMAYIL AZADLIQDA!

Loading...
%d bloqqer bunu bəyənir: