Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakim komandada referendumsonrası dəyişikliklər

Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsindən sonra hakimiyyət komandasında ciddi dəyişikliklər baş verə bilər. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun sentyabrın 11-də Milli Şuranının “Məhsul” stadionunda təşkil etdiyi mitinqə münasibəti belə deməyə əsas verir.

Siyavuş Novruzov mitinq barədə danışarkən deyib ki, aksiyaya çıxan insanlar sosial-iqtisadi vəziyyətdən narazılar ola bilər. “Ola bilsin bu insanlar sadəcə sosial-iqtisadi vəziyyətdən narazıdırlar. O da mümkündür ki, hakimiyyətdaxili qüvvələr arasında bu narazılığı qəsdən yaradanlar var. Və biz indi məhz bu məsələ üzərində işləməliyik”, – deyə Siyavuş Novruzov bildirib.

İndiyə qədər YAP-çı deputatın müxalifətin keçirdiyi aksiyalara bu sayaq münasibəti müşahidə olunmayıb.

Ehtimal olunur ki, iqtidar daxilində həqiqətən də vəziyyət gərgindir. Görünür, artıq hakimiyyət ideoloqları da bunun fərqindədir və müxalifətin mitiqinin gözlənildiyindən uğurla alınması onları hansısa addımlar atmaq məcburiyyətində qoyub. Hər halda Siyavuş Novruzov bu cür açıq mətnlə hakimiyyət daxilində hansısa qüvvələrin qəsdən narazılıq yaratdığını bəyan etməsi təsadüfi sayıla bilməz.

24saat.org-a daxil olan məlumatlar da bu ehtimalların əsassız olmadığını ortaya qoyur. Məlumatlarda iddia olunur ki, maliyyə böhranı dərinləşdikcə komandada müəyyən dəyişikliklər edilməsi, insanların daha çox narazı olduğu sahələrə rəhbərlik edənlərin yenilərilə əvəzlənməsi barədə müzakirələr aparılırdı. Milli Şuranın mitinqi isə bu müzakirələri daha intensivləşdirib. Referendumdan sonra müəyyən addımların atılması qətiləşdirilib.

Hakimiyyətə yaxın media orqanlarında da buna oxşar məlumatlar dərc olunur. Həmin məlumatlarda referendumdan sonra növbədənkənar prezident və parlament seçkilərinin keçirələcəyi, hansısa məmurların yeniləri ilə əvəzlənəcəyi barədə iddialar yer alır.

Lakin bu dəyişikliklərin yetərli olacağını söyləmək çətindir. Bəzi ekspertlər hesab edir ki, bütövlükdə idarəetmə təfəkkürü dəyişməyəcəksə, bir məmurun digərilə əvəzlənməsinin faydası olmayacaq.

24saat.org

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Bukmeker kontorlarında partiyaların Dövlət Dumasına düşməsinə pul qoyulur

%d bloqqer bunu bəyənir: