Loading...
Loading...

Hakim komandada qorxu kabusu

“Hakimiyyətdəki “köhnələr” görürlər ki, artıq əvvəllər olduğu kimi möhkəm oyun qaydaları mövcud deyil. İndi heç kimin təminatı yoxdur ki, biznesi, mülkləri və sərvətləri qəfildən əllərindən alınmayacaq”
Azərbaycan hakimiyyətinin önəmli isimləri və orta oliqarxiya şəxsi həyatlarını, biznesini və siyasi əlaqələrini nə qədər gizlin saxlasa da “qapalı məkan”dan sızan informasiyalar bu komandanın bütün sirlərini faş edir. Məmurlarımızla bağlı diqqət çəkən məqamlardan biri də onların özlərinin və ailə üzvləri istirahət üçün mütləq mənada xarici ölkələri seçməsidir. Görəsən bu şəxslər niyə məhz ölkə kənarına üstünlük verir?

Gözəl təbiəti və qədimliyi ölkəmizi də turizm baxımından əlverişli edir. Düzdür, bizdə turizm xidmətləri fantastik həddədir. Amma Azərbaycan məmurlarını, necə deyərlər, pulla qorxutmaq mümkün deyil. Daha bir vacib amma isə ondan ibarətdir ki, axı, həmin məmurlar istirahət adı ilə eyni xarici ölkəyə il ərzində bir dəfə deyil, bir neçə dəfə səfər edirlər. Həmin səfərlərə verilən səbəb donu isə hər zaman bu olub – istirahət…

İndi özünüz düşünün, bir şəxsin bir ölkəyə bir il ərzində az qala on dəfə getməsi istirahətlə bağlı ola bilərmi? Təbii ki, mümkün deyil. Bununla bağlı 24saat.org-un əməkdaşı vaxtı ilə çox yüksək vəzifə sahibi olan bir məmurla fikir mübadiləsi aparıb və suallara ilginc cavablar ortaya çıxıb. İki il öncə görəvdən alınan məmurun sözlərinə görə, əslində Azərbaycan məmurlar il ərzində bir neçə dəfə istirahətə deyil, xaricdə qurduqları bzinesə baş çəkmək üçün gedirlər.
Mənbəmiz iddia edir ki, hazırda əksər məmurların xarici ölkələrdə, xüsusən də Avropada gizli biznesləri var: “Bunu aydınlaşdırmaq üçün çox kiçicik araşdırma aparmaq yetərlidir. İl ərzində məmur eyni ölkəyə istirahət adı ilə bir neçə dəfə gedib-gəlir. Bundan əlavə, onun ailə üzvləri, övladları və biznes ortaqları d ail ərzində bir neçə dəfə “istirahət” üçün məhz həmin ölkəni seçirlər. Qan qohumluğu olsa belə, tip və xarakter etibarı ilə müxtəlif olan bu şəxslərin eyni ölkəyə “vurğunluğu” kifayət qədər şübhəli görünür. Hesab edirəm ki, bu şübhəli məqamlar müvafiz qurumlar tərəfindən araşdırılarsa, ortaya çox ciddi və sensasion faktlar çıxa bilər.”
Amma həmsöhbətimiz yalnız məmurların xarici səfərlərinin pərdəarxası tərəflərini izah etməklə yekunlaşmayıb məsələ ilə bağlı daha geniş məqamlara toxundu. Mənbəmiz onu da bildirdi ki, hakimiyyətdə yaxın dönəm üçün “sökülmələr” başlayacağına dair yuxarılarda ciddi narahatlıqlar və məlumatlar var. İqtidar düşərgəsindəki proseslər barədə məlumatlı olan mötəbər qaynağımız bildirir ki, söhbət bir sıra orta və yuxarı ranqlı vəzifəli şəxslərin gələcək perspektivləri ilə bağlı qorxuya düşərək əllərinə keçən ilk fürsətdə xaricə yerləşmək niyyətlərində olmasından gedir. Onların arasında bəzi nazirlər, komitə sədrləri də var. Belələri hesab edir ki, sosial-siyasi gərginliyi yumşaltmaq və Qərbin gözündə süni islahatlar görüntüsü aparmaq üçün planlaşdırılan “budama” əməliyyatından sonra onlara hakim komandada yer olmaya bilər. Lakin əsas qorxu həmin məmurların vəzifələrini itirməsi ilə bağlı deyil. Onların əsas narahatlıqları uzun illərdir “min bir əziyyətlə” qazandıqlarının bir gündə əllərindən alına biləcəyi, hətta həbsə düşəcəkləri ilə əlaqəlidir. Belə ki, son vaxtlar əllərində kifayət qədər sərvət cəmləmiş məmurların və iş adamlarının bir günün içində hər şeylərinin necə əllərindən alındığına dair xeyli faktlar var.
Mənbənin bildirdiyinə görə, hakimiyyətdəki “köhnələr” görürlər ki, artıq əvvəllər olduğu kimi möhkəm oyun qaydaları mövcud deyil. İndi heç kimin təminatı yoxdur ki, biznesi, mülkləri və sərvətləri qəfildən əllərindən alınmayacaq. Belə qeyri-müəyyənlik şəraitində ən optimal çıxış yolu sərvətlərin və biznesin heç olmasa bir qismini xaricdə yerləşdirərək möhkəm təminat altına almaq, ardınca fürsət düşən kimi ölkəni tərk edib xaricə yerləşmək ola bilərdi.
Onu da bildirək ki, “çamodan” əhval ruhiyyəsi haqda hakim komandanın ən üst təbəqəsi də məlumatlıdır. Hələ buna qədər qəzəbə tuş gələn bir çox şəxslərin (Rəsul Quliyev, Heydər Babayev, Hüseyn Abdullayev, Fərhad Əliyev və s.) vəzifədən alınması, bəzilərinin hətta həbs olunması müqabilində maddi imkanlarının zəifləməməsi müəyyən suallar yaradırdı və bu suallar xüsisi araşdırmaya yol açıb. Xəbərlərə görə, məmurlar arasında qaçmaq tendensiyasının baş qaldırdığına dair yuxarılarda səhih məlumatlar var. Belə məlumatlar məmurların şəxsi söhbətlərinin dinlənilməsi nəticəsində toplanıb. Məlum olub ki, qaçış tendensiyasının əlamətləri son bir ildə daha bariz şəkildə özünü göstərir. Bu da yuxarılarda narahatlıq yaradıb və preventiv tədbirlərin görülməsinə səbəb olub. Bildirilir ki, xüsusi xidmət orqanları orta və iri ranqlı məmurların əksəriyyətini izləyir, onlardan kimsə istirahət və ya müalicə üçün xaricə getmək istəyəndə mütləq məsələ yuxarılarla razılaşdırılmalıdır. Həm də bu zaman tutarlı səbəblər göstərilməlidir. Əks halda həmin məmurun ölkədən çıxmasına icazə verilmir. Amma bütün bunlara rəğmən gələcəyə olan qorxu müəyyən yolların tapılmasına səbəb olub və məmurlar övladlarının, yaxud yaxın qohumlarının adına xaricdəgeniş biznes şəbəkəsi qura biliblər.

Çingiz Coşqun, 24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

O səfirin qızının səsi barlardan gəlir – FOTOLAR

%d bloqqer bunu bəyənir: