Hakerlər: “Pokemon GO” oyununu məhv edəcəyik


“PoodleCorp” adlı hakerlər qrupu “Pokemon GO” oyununu məhv edəcəyini bəyan edib.

24saat.org lent.az-a istinadən bildirir ki, hakerlər gözlənilən hücumun vaxtını da açıqlayıblar – 1 avqust.

Ötən həftənin bazar günü “Pokemon GO” əlavəsində problemlər yaranıb. Buna səbəb tərtibatçı şirkətin serverlərinin naməlum hakerlərin hücumuna məruz qalması göstərilib. Bununla bağlı məsuliyyəti “OurMine” haker qrupu üzərinə götürüb. Qrup iddia edib ki, hücumları xoşniyyətli olub. Məqsəd tərtibatçıların saytdakı boşluqları görməsi olub.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Braziliyada Olimpiya Oyunları ərəfəsi 10 nəfər tutuldu – İŞİD-DƏN TERROR PLANI

%d bloqqer bunu bəyənir: