Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakan Şükür 2 il 4 aylıq həbs oluna bilər

Bu il iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsindən sonra haqqında həbs qərarı çıxarılan tanınmış futbolçu Hakan Şükürə “Twitter” səhifəsində bir adamı təhqir etdiyi üçün cinayət işi açılıb.

“Report” xəbər verir ki, Hakan Şükür “Audio, yazılı və ya görüntülü bir mesaj ilə təhqir” etməyə görə günahlandırılıb.

Belə ki, psixoloq sözçüsü İsmayıl Loyan Hakan Şükür tərəfindən “Twitter” səhifəsində təhqir olunduğu üçün verdiyi şikayət əsasında başlayan istintaq tamamlanıb.

Anadolu Cumhuriyyət Baş Prokurorluğunda hazırlanan iddianamədə İ.Loyanın 2015-ci il noyabrın 24-də “Twitter”də Hakan Şükür adlı istifadəçinin Atatürklə əlaqədar yazı paylaşmasını görüb və buna şərh yazıb. Bundan sonra H.Şükür İ.Loyana qarşı təhqiramiz sözlər, onun qürur, şərəf və ləyaqətini təhqir edəcək şəkildə mesaj yazması təqsirli bilinib.

İddianamədə göstərilib ki, H.Şükür bu ittihamla əlaqədar ifadəsi alınması üçün axtarılıb, lakin heç bir ünvanda tapılmadığına görə ifadəsi alınmayıb. Belə olan halda H.Şükürün “Səs, yazılı və ya görüntülü bir mesaj ilə təhqir” iddiası ilə 3 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib.

İddianamə göndərildiyi 33-cü Cəza Məhkəməsində qəbul olunub və H.Şükürün mühakiməsinə qarşıdakı günlərdə başlanılacaq.

Xatırladaq ki, bundan əvvəl, avqustun 16-da Fətullahçı Terror Təşkilatı ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb. Ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Obamadan etiraf: ‘2 milyon ton bomba atdıq’

%d bloqqer bunu bəyənir: