Now Reading:
Hafiz Hacıyev: “Sosial şəbəkələrdə mənə yaltaq deyirlər”
Full Article 50 second read

Hafiz Hacıyev: “Sosial şəbəkələrdə mənə yaltaq deyirlər”



“Prezidentin ətrafı qocalar evinə bənzəyir”

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev 24saat.org-a açıqlamasında məmur kontingentinin ölkə başçısına xəyanəti məsələsini yenidən gündəmə gətirib. Ölkə başçısını müdafiə etdiyi üçün qınaq və ittihamlarla üzləşdiyini bildirən partiya sədri, nazirlərin anti-milli qüvvələrlə əlaqə yaratdığını iddia edib:

Buna da baxın – Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmamasının əsl səbəbi məlum oldu
“Mən prezidenti onu əhatəyə alan xəyanətkarlardan müdafiə edirəm. Lakin buna görə xalq tərəfindən də internetdə, sosial şəbəkələrdə qınanıram. Onlar buna görə mənə yaltaq deyirlər. Mən yaltaqlanmıram. Mən prezidenti müdafiə edirəm. Prezident dövlətin atributudur. Prezidentin ətrafı qocalar evinə bənzəyir. Bu qocalar evində birləşən nazirlər mənim qardaşıma açıq şəkildə xəyanət edirlər. Cəsarətli olub bunların hamısının axırına çıxmaq lazımdır. Ziya Məmmədovun, Heydər Əsədovun və başqalarının nəyindən qorxmalıyıq? Onlar prezidentin yanına gedəndə ona yaltaqlanır, otaqdan çıxan kimi düşmən qüvvələrlə əlaqəyə girirlər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: