Loading...
Loading...

Hadı Rəcəblinin rəis qardaşı özünə əlavə iş tapdı – İŞDƏN SONRA OTELDƏ OLACAQ

24saat.org-a daxil olan məlumata görə, Lənkəran şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov otel açıb.

Deputat Hadı Rəcəblinin qardaşı biznesini genişləndirir. 24saat.org-a daxil olan məlumata görə, Lənkəran şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov otel açıb. Lənkəranın uşaq xəstəxanasının binasını alaraq özəlləşdirən deputatın rəis qardaşının “Mayak” adlı otel-restoranı fəaliyyətə başlayıb. Həmin binanın aşağı mərtəbəsi isə H.Rəcəblinin də səhmdarı olduğu “Zaminbank” ASC-nin yerli filialı kimi xidmət göstərir. Şəhərin keçmiş konserv zavodu ilə üzbəüz, Heydər Əliyev prospektində yerləşən xəstəxana binası indi bank və otel şəbəkəsinə çevrilib. Tibb ocağının həyətində isə deputatın qardaşı ayrıca restoran tikdirir. Hazırda restoranın inşa işləri davam edir. Məlumatda deyilir ki, İ.Rəcəbovun yaxınları tərəfindən idarə olunan “Mayak” otelinin içərisində restoranı da var.

Maliyyə rəisi işləyən deputat qardaşı illərdir ki bu vəzifədə böyük maliyyə imkanlarına sahiblənib. Onun deputata məxsus “Palıdlı sahil” istirahət mərkəzinə də nəzarət etdiyi bildirilir.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Ya həbsə getməlisən, ya da inandığın dəyərlərdən imtina etməlisn”

%d bloqqer bunu bəyənir: