Advertisements
24 saat

Hacıqabulda ağır yol qəzası baş verdi


Hacıqabul rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

EL TV xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 140-cı km-də, Hacıqabulun Qarasu kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Məmmədov Əli Firudin oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil yolun kənarındakı beton səddə çırpılıb. Nəticədə bir ailənin üzvü olan 6 nəfər – Bakı şəhər sakinləri, sürücü və ailə üzvləri, 1967-ci il təvəllüdlü İmanova Güldanə Bəxtiyar qızı, 1991-ci il təvəllüdlü Məmmədov Zöhrab Əli oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Zülfiyyə Arzu qızı və 2015-ci il təvəllüdlü Məmmədzadə Sidiqə Zöhrab qızımüxtəlif dərəcəli travmtoloji xəsarətlərlə Şirvan şəhər xəstəxanasının taravmatologiya şöbəsinə yerləşdirlib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: