Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hacıqabul icra başçısından kobud siyasi səhv: Qarabağı Ermənistan ərazisinə qatdı və…

ehmedmuxtarovBir neçə gün öncə Hacıqabul rayonunda 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı Heydər Əliyev mərkəzində dəyirmi masa keçirilib. 30 mart tarixində keçirilən bu tədbirdə Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov giriş nitqi ilə çıxış edib. Həmin şıxışla bağlı cumhuriyyet.az olaraq maraqlı bir məqama rast gəldik.
Gəncliyində komsomol və partiya işlərinin fəal iştirakçısı olan və icra başçılığına “Neftbaza” operatorluğundan gələn (Ə.Muxtarovun həyat yolu və fəaliyyəti haqda “Neftbaza operatorluğundan icra başçılığına: Əhməd Muxtarovun “Hacıqabul sərgüzəştləri” yazımızdan oxuya bilərsiniz) Əhməd müəllim çıxışında işlətdiyi fikirlərdə dolayısı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alıb. Bildirək ki, cumhuriyyet.az olaraq üzərində dayandığımız çıxış Hacıqabul rayon icra hakimiyyətinin rəsmi internet səhifəsilndə yerləşdirilib.(bax: http://haciqabul-ih.gov.az/news/125.html ). Həmin çıxışdan bir hissəni diqqətinizə çatdırırıq. İcra başçısı deyir: “Yaradılanda 10 min kv.km əraziyə malik olmayan Ermənistan respublikası Azərbaycan torpaqlarını işğal etməsi hesabına ərazisini 60 min kv km-ə çatdırmış, bununla da ərazi iştahası azalmamış, “ böyük Ermənistan” yaratmaq üçün bu gün də hər cür hiylə və vasitələrə əl atır”.
Yuxarıda da deyildiyi kimi, Ə.Muxtarov zamanında komsomol və Kommunist Partiyası kimi ciddi siyasi təşkilatların aparıcı şəxslərindən olub. Yəni bu şəxsə əlavə siyasi məsləhət və ya dərs vermək artıq olar. Amma cumhuriyyet.az olaraq icra başçısına (yaxud bu çıxışı onun üçün hazırlayanlara) bəzi məlumatları çatdırmağı borc bildik. Əvvəla Ermənistan Respublikasının rəsmi ərazisi 29,7 km²-dir. Yəni Azərbaycan Respublikasının bir dövlət məmuru üçün rəsmi fakt budur. Amma maraqlılıq bununla da bitmir. Ermənilər 86,6-km² lik Azərbaycan Respublikasının 20 faizini işğal edib yəni 17,2-km² ərazini. Ə.Muxtarov hətta bu işğal olunmuş ərazini də rəsmən Ermənistan respublikasının ərazisi olaraq tanısa belə nəticə 46-km² edir. Beləliklə, icra başçısı işğal olunmuş ərazilərimizdən kənar daha 14 min km² də Ermənistan ərazisinə qatıb. Bax bu yeni tarixi-coğrafi kəşfdir.

rr tt

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Binəqədidə ev tikməyə nə qədər rüşvət lazımdır?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: