Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hacı Məmmədovun həyat yoldaşı türmədə qaldı

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

N.Quliyevanın adı sonuncu amnistiya aktı tətbiq olunan məhbusların siyahısına düşməyib.

Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

General Emin Şəkinski yeni vəzifəyə təyinat aldı

%d bloqqer bunu bəyənir: