Now Reading:
Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı – Foto
Full Article 50 second read

Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı – Foto



Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva azadlığa buraxılıb.

24saat.org Gununsesi.info-ya istinadən xəbər verir ki, Nailə Quliyeva məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün azadlığa buraxılıb.

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib.

Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.

Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.

Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır.

 

 Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı -  Foto
 Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı -  Foto

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: