Loading...
Loading...

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları – 2016”da iştirak edəcək – FOTOLAR

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku – 2016” və “Tank biatlonu – 2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku – 2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

“Xəzər Dənizi – 2016” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

SOCAR Yunanıstan hökuməti ilə qarşıdurma haqqında

%d bloqqer bunu bəyənir: