Loading...
Loading...

Hərarət 3-5 dərəcə enəcək, yağış yağacaq

Mayın 7-dən 9-dək qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı düşəcək.

24saat.org  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı, axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Torpağı əkməməyin cəriməsi kəskin ağırlaşdı

%d bloqqer bunu bəyənir: