Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hər ötən gün daşa dönür – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Hindistanlı Rameş Kumari getdikcə daşa dönür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hindistanlı uşaq anadangəlmə dəri xəstəliyindən əziyyət çəkir. Doğulduqdan 15 gün sonra körpənin dərisi soyulmağa, yerini daş kimi sərt dəri təbəqəsi almağa başlayıb. Dözülməz ağrılarla üz-üzə qalan uşağın xəstəliyinin çarəsi tapılmır. Onu ölkənin ən yaxşı həkimləri müayinə etsə də, ona heç cür kömək edə bilmir.

Xəstəlik Rameşə gəzməsinə və danışmasına da mane olur. Onun daşlaşmış dərisi uşaqları qorxutduğu üçün heç kimlə ünsiyyət qura, dostluq edə bilmir. Balaca Rameşin valideynləri isə uşaqlarının bu hala düşməsinə görə çox əzab çəkir: “Oğlumun müalicəsi yoxdur, nə edəcəyimizi bilmirik. Bizə heç kim kömək etmir. Oğlum danışa bilmir, ancaq yemək istəyəndə və tualetə getmək istəyəndə müəyyən jestlər və səslərlə bizə xəbər verməyə çalışır. Onu görən hər kəs qorxudan qaçır. Bu yaşananlar bizim və onun üçün dözülməzdir. Onu ən yaxşı həkimlərə aparmışıq, ancaq müalicə üçün külli miqdarda pul lazımdır. Bizim isə o qədər pulumuz yoxdur”.

Lakin 11 yaşlı Rameşin şəkilləri sosial şəbəkələrdə yayıldıqdan sonra ingiltərəli müğənni Coss Stoun Rameşə kömək etmək qərarına gəlib. O, xeyriyyə konsertləri verib və müxtəlif təşkilatlardan daşlaşan uşağın müalicəsi üçün ianə toplamağı xahiş edib. Toplanan vəsait hesabına Rameş Kumari Katmandu Səhiyyə Universitetində müalicəyə başlayıb. Bu xəstəliyə çarə tapılmasa belə, həkimlər onun dözülməz ağırlarının qarşısını almaq üçün əllərindən gələni əsirgəməyəcəyini bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

ABŞ-da hava limanında atışma baş verib

%d bloqqer bunu bəyənir: