Loading...
Loading...

Hər kəs onun həbsini gözləyir, o isə…

Mövlan Şıxəliyev bağ evində təmir işi aparır

Ləğv edilən MTN-nin sabiq Baş İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyev Novxanıda yerləşən dənizkənarı villasında təmir işləri aparır.

Bu barədəModerator.az-ı etibarlı mənbə məumatlandırıb. Mənbənin özlərinə görə, Eldar Mahmudov və onun dəstəsinin törətdiyi saysz-hesabsız qanunsuzluqların ictimaiyyiləşməsindən, bir sıra sabiq MTN yetkililərinin həbsindən sonra hər kəs M.Şıxəliyevin də həbsini gözləsə də, hələ ki, bu baş verməyib. Nə qədər qəribə görünsə də, mediada M.Şıxəliyevin Baş İstintaq İdarsinin rəisi kimi məsuliyyətə cəlb edilməsinin zəruriliyi ilə bağlı fikirlərin davamlı olaraq gündəmə gətirildiyi bir dönəmdə, sabiq MTN generalı heç nə olmamış kimi təmir-bərpa işləri ilə məşğuldur. Belə ki, sabiq MTN generalının villasında hazırda bir neçə usta çalışır ki, bu da M.Şıxəliyevin nə MTN-lə bağlı davam edən istintaq prosesinə, nə də həbs ediləcəyi ilə bağlı mediada yer alan məlumatlara əhəmiyyət vermədiyini göstərir.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Acı gerçəklik gənclərin əxlaqı üçün mediadan daha təhlükəlidir”

%d bloqqer bunu bəyənir: