Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Hər bir dərman qutusunun üzərində onun qiymətinin göstərilməsi mütləqdir”

Abbas Əliyev: “Vətəndaşlar qiymətlərə nəzarət imkanına malikdir”

Son günlər bəzi tanınmışların apteklərdəki qiymətlərin fərqli olması, bir sıra dərmanların vətəndaşlara Tarif Şurasının müəyyənləşdirdiyi qiymətdən baha satılması ilə bağlı səsləndirdiyi fikirlər bu məsələnin yenidən aktuallaşmasına səbəb olub.
Məsələ ilə bağlı 24saat.org-un sualını cavablandıran İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev hansısa dərmanın Tarif Şurasının müəyyənləşdirdiyi qiymətdən baha satılmasının yolverilməz olduğunu vurğuladı. A.Əliyevin sözlərinə görə, bu cür halla qarşılaşan vətəndaşlar dərhal İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlaya bilər:
“Əksər dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyənləşib və onların siyahısı həm nazirliyin saytında, həm də bir sıra KİV-də yerləşdirilib. Vətəndaşlar qiyməti tənzimlənmiş dərmanların siyahısını və qiymətini biləndən sonra bunu aptekdəki qiymətlərlə müqayisə edə bilir. Müqayisə edə bilir ki, dərman Tarif Şurasının müəyyən etdiyi qiymətəmi satılır, yoxsa başqa qiymətə. Bundan başqa, qiyməti tənzimlənmiş, yəni Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş hər bir dərmanın qutusunun üzərində onun qiymətinin göstərilməsi mütləqdir.
Əgər vətəndaşlar qiyməti tənzimlənmiş dərmanların baha qiymətə satılması kimi halla üzləşərsə, o zaman əlaqədar telefon nömrələri ilə əlaqə saxlaya bilər.
195-2 İqtisadiyyat Nazirliyinin çağrı mərkəzidir. 498-15-01 və 498-15-04 nömrəli telefonlarlar isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə aiddir. Istehlakçı istənilən zaman yalnız dərmanlarla bağlı deyil, istehlak bazarında qarşılaşdığı hər hansı problemlə bağlı bu telefonlara müraciət edə bilər. Nazirlik bu cür müraciətləri araşdırmağa hazırdır”.

Seymur Əliyev

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Moyka”lar da qiyməti qaldırdı

%d bloqqer bunu bəyənir: