Loading...
Loading...

Hər bir banka qarşı nəzarət tədbirləri tətbiq olunacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Palatadan “Xəzər Xəbər”ə verilən məlumata görə, bank sektorunda tənzimlənmənin təkmilləşdirilməsi məqsədilə bankların MBNP-ya təqdim etdikləri hesabatlara yenidən baxılıb və yeni hesabat forması qəbul olunub. Beynəlxalq standartlara cavab verən yeni hesabatlığın məqsədi makro-iqtisadi mühitə və tədiyyə balansının tarazlığına, o cümlədən milli valyutanın məzənnəsinə təsir edən amillərin ətraflı araşdırması üçün məlumat bazasının genişləndirilməsidir.

Palatanın mütəxəssisləri tərəfindən yeni hesabat formasının kommunikasiyası və bankların daxili informasiya texnologiyaları sistemlərinə inteqrasiyası məqsədilə bank ictimaiyyəti üçün xüsusi təlimlərin keçirilməsi barədə qərar qəbul edilib.

Direktorlar Şurasının iclasında həmçinin cari ilin 1-ci yarımilliyinin yekunları üzrə maliyyə sisteminin dayanıqlığı və bütövlükdə maliyyə sabitliyi məsələləri müzakirə edilib.

İctimaiyyətə məlumat verildiyi kimi, 1-ci rübün nəticələrinə əsasən bankların maliyyə göstəriciləri qiymətləndirilib və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, kapital və likvidlik mövqelərinin gücləndirilməsi ilə əlaqədar banklara fərdi göstərişlər verilib, hər bir bank üzrə icra planları hazırlanıb. İclasın gedişatında ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumu müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq bir sıra bankların aktivlərinin keyfiyyəti və likvidlik mövqeyinin bərpası işinin qiymətləndirilməsi və kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi üçün qısamüddətli diaqnostik yoxlamaların aparılması barədə qərar qəbul olunub.

Bunun nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən olunacaq.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycan Rusiyadan yeni təyyarələr alacaq

Loading...
%d bloqqer bunu bəyənir: