Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hər beş anadan biri uşağın adından peşmandır

“The Guardian” yazır ki, İngiltərədə aparılmış rəy sorğusu hər 5 anadan birinin övladına verdiyi addan peşman olduğunu göstərib.

Ən çox peşmançılıq gətirən adların Charlotte, Amelia, Anne, Daniel, Jacob, James və Thomas olduğu bəlli olub.

Sorğuda iştirak etmiş 245 anadan 12 faizi ad seçiminin səhv olduğunu həmişə bilib. Anaların 3 faizi deyib ki, uşaq doğulan kimi ona qoyulan adın yanlış olduğunu düşünüb.

8 faiz bunu bir neçə gündən sonra hiss edib.

Lakin peşman anaların 23 faizi övladına səhv ad qoyduğunu uşaq bağçaya və məktəbə başlayanda düşünüb.

Bir ana şikayətlənib ki, uşaq doğulandan bir neçə gün sonra hardasa bir terrorçu qrup bu adı özünə götürüb.

Elə də olur ki, uşağa ad qoyulur, sonra isə çox məşhur bir filmdə, tamaşada eyni adlı mənfi qəhrəman görünür.

“Mənim uşağım öz adına nifrət edir” – anaların ən çox işlətdiyi şikayətdir.

“The Guardian” yazır ki, adların peşmançılıq yaratmasının əsas səbəbi onların geniş yayılmasıdır.

Anaların 10 faizi bidirir ki, onlara qoyulan ad övladlarına yaraşmır. Rəyi soruşulanların 11 faizi adın kifayət qədər orjinal olmamasından gileylənib.

Sorğuda iştirak edənlərin 6 faizi deyib ki, uşaqlarına qoyduqları adların qısa forması eybəcər səslənir.

Amma 1 faiz ana uşağının adından ona görə narazıdır ki, hansısa məşhur adam da o adı övladına verib.

Bu sorğunu aparmış Mumsnet analar saytının təsisçisi Justine Roberts deyib ki, uşağa ad qoymaq təzə valideynlərin gördüyü ilk məsuliyyətli işdir.

Onun fikrincə, adlardan peşmançılığı doğuran bir neçə səbəblər var.

“Əvvəla uşağa ad qoymaq üçün bir xeyli araşdırma aparırsan, bir neçə yaxın adamlarla məsləhətləşirsən və onları da razı salmağa çalışırsan, nəticədə isə seçim düzgün olmur” – deyib Roberts.

Burası da var ki, rəyi soruşulan analardan yalnız 6 faizi radikal addım ataraq uşağının adını rəsmi qaydada dəyişib. Daha 3 faiz də belə hərəkət etməyə hazırlaşır.

Mumsnet saytının forumunda bir ana deyib: “İndi qızımın beş yaşı var. Mən bundan sonra onun adını dəyişmək fikrində deyiləm. Amma bu adı ona verəndən bəri peşmanam. Doğuşdan sonra dərin depressiya yaşayırdım və ad üzərində düz-əməlli düşünməmişdim. Öz aləmimdə ona çox dəbdə olan bir ad verdim. İndi görürəm bu dəbli adı minlərlə uşaq daşıyır”.

Övladlarına orjinal, qeyri-ənənəvi adlar verən valideynlər də var.

Başqa bir ana isə yazır ki, uşaq böyüdükcə adam ona verdiyi addan peşmançılıq çəkir.

“Qızım indi böyüyüb, artıq qadın olub. O getdikcə daha çox orjinal, özünəbənzər insan olur. O getdikcə ətrafdakılara daha az bənzəyir. Adı isə ətrafdıkaların adları qədər geniş yayılıb”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bazarda meyvə satan qız milyonçu oldu – FOTO

%d bloqqer bunu bəyənir: