Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hər 1 saatdan bir 1 stəkan su için- 9 mühüm fayda

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz.

Ən yaxşı seçim dükanlarda plastik butulkalarda satılan təmiz qazsız və şəkərsiz sudur. Bu mümkün olmadığı halda qaynanmış sudan istifadə edə bilərsiniz. Su çox qaynamamalıdır, ilk qabarcıqlar əmələ gələn kimi çaydanı oddan götürün. Qaynanmış suyu 12 saatdan artıq saxlamayın.
Suyu asta-asta kiçik qurtumlarla içmək lazımdır. Çox soyuq su içmək olmaz. Bununla siz sağlamlığınıza yalnız ziyan vura bilərsiniz.
Hər zaman yanınızda su saxlayın. Çölə çıxdıqda özünüzlə mütləq 1 butulka su götürün.
Hər 1 saatdan bir 1 stəkan su içməyin MÜHÜM FAYDALARI:
1. Arıqlama
Bu qaydaya əməl etməklə siz artıq çəkidən xilas ola bilərsiniz. Su iştahanı azaldır, mübadilə proseslərini sürətləndirir. Bunlar isə
arıqlamağa kömək edir.
Bundan əlavə suyun tərkibində kalori yoxdur. Bu səbəbdən şirin qazlı içkiləri, şirələri və s. təmiz su ilə əvəz etməklə siz daha az kalori qəbul edəcəksiniz.
2. Sağlam ürək və damarlar
Amerika alimlərinin 6-illik araşdırması göstərib ki, gün ərzində 5 stəkandan az olmayaraq təmiz su içən insanlarda ürək-damar xəstəliklərinin inkişafı riski 40% azalır.
Suyun kifayət miqdarda qəbulu qanı duruldur, qan damarlarda daha sərbəst dövr edir ki, bu da ürəyə və damarlara olan gərginliyi azaldır.
Lakin bu sağlam insanlara aiddir. Bəzi ürək-damar sistemi xəstəlikləri zamanı həkimlər əksinə suyun miqdarını azaltmağı tövsiyə edirlər.
 
3. Gümrahlıq
Susuzlaşma insanı yorğun, zəif edir. Bu səbəbdən özünüzü hər zaman gümrah hiss etmək istəyirsinizsə, su için.
4. Baş ağrılarını azaldır
Bir çox hallarda baş ağrılarının səbəbi məhz suyun az miqdarda qəbulu və orqanizmin susuzlaşması olur.
5. Cavan və sağlam dəri
Suyun az miqdarda qəbulu ilk növbədə dərimizə mənfi təsir edir. Dəri tez qocalır, cansız və solğun görünür, dərinin rəngi pisləşir, səpgilər əmələ gəlir.
Dərinizi cavan, gözəl, təmiz və sağlam saxlamaq istəyirsinizsə, hər 1 saatdan bir 1 stəkan su için. Yalnız 1 həftə ərzində bu qaydaya əməl etsəniz, effekt görə bilərsiniz.
 
6. Həzm sisteminin normal fəaliyyəti
Normal həzm prosesləri üçün kifayət qədər maye lazımdır.
Bəzən uzun müddət ərzində xroniki qəbizlikdən əziyyət çəkən insanlar suyu kifayət miqdarda qəbul etməyə başladıqda bu problemdən qurtulurlar.
7. Orqanizmin təmizlənməsi
Su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır mealların duzları və s.) mexaniki olaraq təmizləyir. Ziyanlı maddələrin orqanizmdə toplanması bir çox xəstəliklərin riskini artırır.
8. Sağlam böyrəklər
Böyrəklərin sağlamlığı üçün suyun kifayət miqdarda qəbulu olduqca çox vacibdir. Böyrəklər qanı təmizləyir, orqanizmdə filtr funksiyasını yerinə yeririr. Susuzlaşma qanın qatılaşmasına səbəb olur. Bu isə böyrəklərin işini çətinləşdirir.
Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi böyrək xəstəlikləri zamanı suyun qəbulunu məhdudlaşdırmaq lazımdır.
 
9. Xərçəngin riskini azaldır
Çoxsaylı elmi araşdırmalar göstərib ki, kifayət miqdarda adi təmiz su içən insanlarda istənilən növ xərçəngin riski azalır.
Vacib şərh! Suyu digər mayelərlə (çay, şirələr və s.) əvəz etməyin. Bu lazım olan effekt verməyəcək. (saglamolun.az)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Pivə orqanizmə necə təsir göstərir – Araşdırma

%d bloqqer bunu bəyənir: