Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Həmsədrlər Vyanada toplaşır

İyulun 11-də Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək.

Həmsədrlər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşün nəticəsi, növbəti addımlar, münaqişənin həlli variantlarını müzakirə edəcəklər.

Xəbəri «Report» yayıb.

Aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar keçirilib. Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü təşkil edib.

Prezidentlərin ilk görüşü mayın 16-da Vyanada, iyunun 20-də isə Sankt-Peterburqda keçirilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan mərhələli, Ermənistan «paket» həll variantına üstünlük verir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərdoğanla Merkelin maraqlı dialoqu – “Əlləriniz soyuqdur…”

%d bloqqer bunu bəyənir: