Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Həmin yüksəklikləri almaqla erməniləri kor etmişik” – Polkovnikdən maraqlı açıqlamalar

rovsen-meherremov“Ermənilərdən təmizlənən yüksəkliklər güclü şəkildə qorunur və onların yenidən düşmən tərəfindən alınması mümkün deyil”.

Bunu AzNews.az-a açıqlamasında Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov bildirib. Onun sözlərinə görə, geri alınan Tərtərin Talış, Tapqaraqoyunlu kəndi istiqamətində əsas yüksəkliklər çox strateji nöqtələrdi: Həmin yüksəkliklərdən ermənilər daima bizimkiləri vururdular. Demək olar ki, bütün Tərtər onların ayaqlarının altında idi. O yüksəkliklər çox strateji əhəmiyyətə malikdir.
“Həmin yüksəkliyi almaqla demək olar ki, onları kor etmişik. Artıq o yüksəkliklər bizdədir. Bu nazir Zakir Həsənovun rəhbərliyi altında silahlı qüvvələrin əldə etdiyi nəticələr yaxşıdır. Bu əməliyyatlar bir daha göstərdi ki, ermənilərin qüvvəsi azdır, onları torpaqlarımızdan qovmaq bizim üçün çətin məsələ deyil. Bizim ordu üçün hazırlığımız daha yüksəkdir”.

R.Əkbərov ermənilərin bu hərəkətini hərtərəfli təxribat kimi qiymətəndirib və prosesdə üçüncü dövlətin əlinin olma ehtimalını istisna etməyib: “Mənə elə gəlir ki, bu işdə qısqanclıq baxımından üçüncü ölkənin əli var. Onlar bizim gücü və qüvvəni bilirlər. Amma bunu nəzərə alıb təxribat elədilər, cavabını isə artıqlaması ilə aldılar. Ermənilər nə maliyyə, nə də şərait cəhətdən elə gücə malik deyillər. Bu gün Azərbaycan ordusunda ruh yüksəkliyi çox güclüdür. Bir kəndi almaqla camaatda ruh yüksəkliyi daha da artıb”.

R.Məhərrəmov hesab edir ki, ermənilərin atışma nəticəsində verdiyi itki deyildiyindən artıq olmalı idi: “Ermənilərin silahlı qüvvələri o qədər zəif idi ki, itki daha çox olmalı idi. O ki qaldı bizim vertolyot, tankın vurulmasına, bu, təbii haldır, olmalıdır. Ermənilər təxribat törətdikdən sonra ordumuz hücuma keçib. Həmişə hücum edən tərəf daha çox itki verir. Amma görürük ki, düşmən tərəf qat-qat çox itki verib. Və ümumiyyətlə, bizim əsgərlər erməniləri təşvişə salıb”.

R.Məhərrəmovun fikrincə, ermənilər təxribatı dayandırmasalar, Azərbaycan ordusu başqa yüksəklikləri ələ keçirəcək: “Ordumuz çox inkişaf edib, qüvvəmiz də böyükdür. Amma bu məsələdə bizim üstümüzə böyük məsuliyyət düşür. Gərək xalqımız şaiyələrə inanmasınlar. Təəssüf ki, bu günlərdə bəzi şayiələr yayıldı. Buna qəti yol vermək olmaz”.

R.Məhərrəmov onu da bildirib ki, gedən döyüşlərlə bağlı şayiə yayanlar hüquq-mühafizə orqanlarına verilməlidir: “Ordu ilə bağlı şayiə yaxşı nəticələr verməz. Mən hesab edirəm ki, həmin şayiə yayanlarla bağlı ölçü götürülməlidir”.

Polkovnik vurğulayıb ki, Azərbaycan prezidentinin ABŞ-da çox uğurlu görüşləri, ermənilərin təxribatından sonra ciddi bəyanatlarla çıxış etməsi ermənilər arasında qorxu yaradıb vəı onlar işğal etdikləri torbaqlala bağlı xəyal qırıqlıqlarına uğrayıblar: “Sizi inandırıram ki, ölkəmizin artan beynəlxalq nüfuzu, cənab prezidentin uğurlu gedişləri və Ermənistanla bağlı barışmaz bir mövqe ortaya qoyması, düşmənlərdə psixoloji travma yaradıb. Belə bir məqamda çox qısa bir həmlə olsa, işğal olunmuş torpaqlarımızda bir nəfər də erməni qalmayacaq. Hamısı qaçıb gedəcək”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Müdafiə nazirləri telefonla danışdı – Cəbhədə yaranan vəziyyətlə bağlı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: