Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
aspirin

Həftədə 2 dəfə aspirin içsəniz bunlar olacaq

Son zamanlarda elm adamları aspirin ilə xərçəng arasında bir əlaqə olduğunu kəşf ediblər. Onların araşdırmaları aspirinin xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığını təsdiq edib. Belə ki, araşdırmada iştirak edən alimlərin fikrincə həftədə 2 tablet aspirin qəbul edən xərçəng xəstələrində ölüm faizi nəzərə çarpacaq qədər aşağı düşür.
24saat.org immunitet.az-a istinadən bildirir ki, xərçənglə mübarizədə aspirinin rolunu yoxlamaq üçün 47 dəfə araşdırma aparılıb və bütün nəticələr eyni olub. Aspirin xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır, onların sayını azaldır və 20% ölüm riskini aradan qaldırır. Ancaq gərək bu dərmanın qəbulu zamanı pasiyent mütləq həkimin razılığımı alsın. Belə ki, qanında və mədəsində bəzi problemləri olan adamlara aspirin qəbul etmək məsləhət sayılmır. Bu onlarda müxtəlif qanaxmalara səbəb ola bilər.
2016-cı ilin mart ayında JAMA Onkoloji jurnalında 136 min xəstə üzərində aparılan araşdırmalar həftədə 2 tablet aspirin qəbul edən pasiyentlərin 3%-in qanında xərçəng hüceyrələrinin məhv olduğu barədə məqalə yazılmışdır.
2015-ci ildə Hollandiyada aparılan geniş araşdırmalar aspirinin hətta mədə-bağırsaq xərçəngi xəstələrinin ömrünü uzatdığını təsdiqləmişdir.
Londondakı Francis Crick İnstututunun elm adamlarının 2015-ci ilə apardıqları tədqiqatlar aspirinin orqanizmə immun sistemindən çox daha faydalı olduğunu sübut etmişdir.
Ümumi araşdırmalardan bu nəticəyə gəlmək olur:
* aspirin xərçəng xəstəliyindən baş verən ölüm riskini aşağı salır
* xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır
* xəstəliyin əmələ gəlməsinə mane olur.

Nəzərinizə çatdıqmaq lazımdır ki, aspirin qanaxmalara səbəb ola bilir, buna görə də onun qəbulu zamanı bu xüsusiyyətini nəzərə almaq lazımdır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Çox dil bilmək beyni gücləndirir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: