Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Həbsxanada övladı yoxa çıxan qadına 20 il cəza verildi

“Bakı Taxıl Terminalı” MMC-nin direktoru Qalib Bağırovun qətli üzrə məhkəmə prosesi yekunlaşıb.

Söhbət Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyaya gətirdiyi övladının yoxa çıxdığını deyən Mahnurə Hüseynova və onunla birlikdə mühakimə olunan Ehtiram Həsənov və Mübariz Əliyevin məhkəməsindən gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qalib Bağırovun qətlində, evindən quldurluq etməkdə, həmçinin dələduzluqda təqsirləndirilən üç nəfərin hər biri 20 il azadlıqdan məhrum edilib.

“İŞ TAPA BİLSƏYDİ…”

Hökmdən əvvəl prokuror Ramin Nağdəliyev də təqsirləndirilən şəxslərə 20 il həbs cəzası istəyib. Lakin mərhum Qalib Bağırovun qardaşı, zərərçəkmiş Elşən Bağırov buna etiraz edib və onların ömürlük azadlıqdan məhrum edilməsini istəyib: “Başa düşmürəm, bunlar nə qədər adam öldürməlidilər ki, cəzaları ömürlük olsun?! Mən şikayət eləyəcəm”.

Təqsirləndirilən şəxslərdən Ehtiram Həsənovun vəkili Günay Həsənovaişsizliyin bu cür nəticələrə gətirib çıxardığını deyir: “İş tapa bilsəydi, nə ailəsi dağılardı, nə bu xanımla (Mahnurə Hüseynovanı nəzərdə tutur) tanış olardı, nə də bu hadisələr baş verərdi…”

Mahnurə Hüseynovanın vəkili Səbirə Babayevanın çıxışından məlum olub ki, təqsirləndirilən şəxslərdən Mübariz Əliyev Mahnurənin keçmiş həyat yoldaşıdı. Ehtiram Həsənovla isə hadisədən bir müddət əvvəl tanış olub və birgə yaşayıblar. Müdafiəçinin sözlərinə görə, Mahnurə Hüseynova həyat yoldaşından ayrılandan sonra atası da dünyasını dəyişib və o, kimsəsiz qalıb. Uzun müddət iş axtarandan sonra Qalib Bağırovun bağ evində xidmətçi işləyib. Bundan sonra da Ehtiram Həsənovla tanış olub.

“QIZI AĞIR XƏSTƏDİ”

“Mahnurə bağ evindən oğurluq barədə Ehtiramın təklifinə qızına görə razılaşıb. Çünki Mahnurənin Mübarizlə birgə nikahdan olan qızı ağır xəstədi. Onun Ehtiramla birgə yaşayışdan həbsdə də oğlan övladı dünyaya gəlib. Xahiş edirəm, bütün bunları nəzərə alın”, – vəkil bildirib.

Mübariz Əliyev də ifadəsində oğurluğa qızına görə razılıq verdiyini, kimsəni öldürmək niyyəti olmadığını bildirmişdi.

Ehtiram Həsənov əvvəlcədən qətli planlaşdırmadıqlarını, hadisə vaxtı üzündəki maska cırıldığına və Qalib Bağırov onu tanıdığına görə öldürdüyünü deyib.

Qalib Bağırov bu ilin yanvarında qətlə yetirilib.

Qeyd edək ki, ötən məhkəmə iclasında Mahnurə Hüseynovanın həbsdə dünyaya gətirdiyi övladının yoxa çıxması barədə dediklərindən sonra Penitensiar Xidmət uşağın tələf olması haqda açıqlama yayıb. (azadliq.org)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Şərbət və təbii şirələrin faydaları

%d bloqqer bunu bəyənir: