Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
hebs

Həbsxanada aclıq: iki məhkumu yedilər

Britaniyada dərc olunan “The İndependent” nəşri yazır ki, Venesueladakı həbsxanalardan birində qalxmış üsyan vaxtı bir qrup məhkum özləri kimi həbsdə olan iki nəfəri kəsərək yeyiblər.

Virtualaz.org mənbəyə əsasən bildirir ki, bu barədə jurnalistlərə yeyilmiş gənc məhkumun atası məlumat verib. Onun sözlərinə görə, 40-a yaxın məhkum həbsxanaya ziyarətə getmiş atasının gözləri önündə gənc oğlanı və daha birini doğrayıb yeyiblər. Bu işə cinayətkarlıqda və kanniballıqda ölkədə ad çıxarmış bir dustaq rəhbərlik edib.

Məhkumlardan birinin etirafına görə, onu insan əti yeməkdən imtina etdiyi üçün çəkiclə döyüblər.

Rəsmi orqanlar həbsxanada kannibalizm halını inkar edirlər. Həbsxanalara nəzarət üzrə dövlət orqanının təmsilçisi həbsxanada iki məhkumun yoxa çıxmasını təsdiqləsə də, onların yeyildiyi barədə məlumat verməyib.

Həbsxanada qalxmış üsyana səbəb kimi isə 120 nəfərlik müəssisədə 2350 nəfərin saxlanıldığı göstərilir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Şiə lider Türkiyəyə qarşı mitinqə hazırlaşır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: