Loading...
Loading...

Həbsdəki AXCP üzvləri Vicdan Məhbusu elan edildi

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational Azərbaycandakı bir neçə siyasi məhbusu Vicdan Məhbusu elan edib.

Bunlar AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi, AXCP fəalları Murad Ədilov, Elvin Abdullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlardır.

Bu barədə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hazırladığı hesabatda qeyd olunur. Hesabat “Azərbaycanda davam edən repressiyalar” adlanır.

Hesabatda Azərbaycan hakimiyyətinin son illərdə həyata keçirdiyi repressiyalar haqqında ətraflı məlumat verilir. Sənəddə bir neçə siyasi məhbusun azad olunduğu, lakin onların yerinin yeni siyasi məhbuslarla doldurulduğu qeyd edilir və bildirilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbuslar problemini dövr etdirməklə məşğuldur.

Hesabatın geniş mətnini dərc edəcəyik.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlham Əliyev yeni icra başçısı təyin etdi

%d bloqqer bunu bəyənir: