Loading...
Loading...

Həbsdə olan İlqar Məmmədov deputatlığa namizədliyini irəli sürdü

Respublikaçı Alternativ Hərəkatının sədri (ReAl) İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə “Report”a “ReAl”ın icra katibi Natiq Cəfərli məlumat verib.

O bildirib ki, İ.Məmmədovun sənədləri 90 saylı Ağdaş Seçki Dairəsinə təqdim olunub və dairədən imza vərəqələri götürülüb.

Qeyd edək ki, İlqar Məmmədov hazırda həbsdədir. O, 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

ATƏT PA-nın sədri Qarabağda müharibənin əleyhinədir

%d bloqqer bunu bəyənir: