Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Həbs olunan jurnalisin həyat yoldaşı intihar edəcəyinin anonsunu verdi

24saat.org saytı xəbər verir ki, hazırda həbsdə olan jam.az saytının baş redaktoru, tanınmış jurnalist Fikrət Fərəməzoğlunun (İbişbəyli) həyat yoldaşı facebook sosial şəbəkəsindəki profilindən Prezident Adminstrasiyasının (PA) qarşısında intihar edəcəyinə dair anons yayıb.

Onun yazdığı statusu korrektələrlə təqdim edirik:

Səhərdən zəng eləyirəm Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə ki, Fikrət Fərəməzoğluna şərait yaradın uşağıyla danışsın. Uşaq ağlamaqdan tempraturu çıxıb kimsə cavab vermir. Yoldaşımı əlimdən günahsiz yerə aldılar, uşaqlarım da getsə, özümü Prezident Aparatının (adminstrasiyasının -red.) qabağında yandıracağam. Besdir. Axı nə günah edib? Cani məhkumu belə 25 gün xəbərsiz, səssiz saxlamırlar. Mən hara müraciət edim axı?

Xatırladaq ki, tanınmış jurnalist Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı Daxili İşlər NAzirliyinin mətbuat xidmətinin yaydığı rəsmi açıqlamada bildirilib ki, o, rəhbəri olduğu “Jam.az” və digər saytlarda Xətai rayonunda yerləşən restoranlardan birinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub.

Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.

 

 

FAIQE

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

9 yaşlı qız faciəvi şəkildə öldü

%d bloqqer bunu bəyənir: