Hərbi təhsil kompleksinin tələbələri etiraz aksiyası keçirir – Ermənistanda

Bu gün səhər tezdən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndinin inzibati ərazisində yerləşən “Pokr Mher” (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.

Bu barədə news.am məlumat yayıb.
Məlumata görə, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə “Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb edirlər.
Aksiyaçılar bildiriblər ki, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər deyir.
Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini deyib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Boşanma üstündə daha bir faciə: Arvadını, qayınanasını öldürdü

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: