Hərbi Prokurorluqda erməni təxribatı ilə bağlı cinayət işi başlandı


Bu ilin aprel ayı ərzində erməni silahlı birləşmələrinin cəbhə bölgəsində törətdiyi təxribatlarla bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.

X.Vəliyev bildirib ki, erməni hərbçilərinin aprel ayının 2-dən 5-ədək təmas xəttində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Silhalı Qüvvələrinin hərbçiləri şəhid olub. Faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, aprelin 1-dən 2-ə keçən gecədən etibarən aprelin 5-dək cəbhə böplgəsində erməni hərbi birləşmələrinin törətdiyi təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin həbçiləri şəhid olmuşdu. Hadisə nəticəsində ermənistan silahlı birləşmələri xeyli itki verərək geri çəkilmək məcburiyyətində qalmışdılar.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Rus səfirdən şok: “Rus silahı Qarabağa girə bilməz”

%d bloqqer bunu bəyənir: