Now Reading:
“Hərbi əməliyyatların dayandırılmasına razıyıq“ – Ermənistandan bəyanat
Full Article 40 second read

“Hərbi əməliyyatların dayandırılmasına razıyıq“ – Ermənistandan bəyanat



tank3Ermənistan Müdafiə Nazirliyi bəyanatla çıxış edib.

Bəyanatda Ermənistan sülhün texniki tərəflərinin hazırlanması prosesinə başlamağa çağırıb.

“Biz hərbi əməliyyatların dayandırılması barədə çağırışlarla razıyıq”, – nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.
Trend

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: