HƏMAS İsrail terroru haqda: ‘Davamı gələcək’

Təl-Əvivdə 2 fələstinli gənc tərəfindən həyata keçirilən terror aktı Ramazanın ilk müjdəsidir. Mübarək ayda işğalçıları daha başqa sürprizlər gözləyəcək.

Axar.az xəbər verir ki, bu sözləri HƏMAS sözçüsü Hüsam Bedran deyib.

“Fələstinli gənclər işğalçılara məhz yuvalarında zərbə vurdu. Həyata keçirilən tədbirlər o gənclərin mübarizə əzmini qıra bilməyəcək. Fələstin torpağından belə qəhrəmanlar çıxmaqda davam edəcək”, – Bedran bildirib.

Qeyd edək ki, İsrailin paytaxtı Təl-Əvivdə həyata keçirilən terror aktında 4 nəfər həlak olmuş, 7-si isə yaralanmışdı.

Loading...

Vasif Talıbov bu gün Azərbaycanın vitse-prezidenti elan ediləcək

Sonrakı Yazı »

Nazarbayev: “Aktobedəki terroru sələfilər törədib”

%d bloqqer bunu bəyənir: