24 saat

Hələbdə qızğın döyüşlər gedir, çoxlu sayda ölənlərin olduğu bildirilir

Suriyanın Hələb şəhərində gedən döyüşlər son bir neçə gün ərzində daha da şiddətlənib, dinc əhali arasında çoxlu sayda ölənlərin olduğu bildirilir.   
 
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə idarəsinə Hələb şəhərində və onun ətrafında bütün münaqişə tərəfləri arasında son günlər döyüş əməliyyatlarının aktivləşdirilməsi barədə məlumatlar daxil olub. Dinc əhali arasında çoxlu sayda qurbanların olmasına səbəb olan hava zərbələri, şiddətli toqquşmaların baş verdiyi barədə məlumatlar daxil olur”, – deyə o bildirib.
Döyüş əməliyyatları nəticəsində mülki infrastruktura, o cümlədən, məktəblərə, xəstəxanalara və məscidlərə ciddi ziyan dəyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: