24 saat

Hələbdə atəşkəs 2 gün uzadıldı


Suriya ordusu bildirir ki, Hələb şəhərində və ətraf kəndlərdə atəşkəs mayın 10-dan başlayaraq 48 saat uzadılıb. Bu açıqlama mayın 9-da axşam, 5 günlük atəşkəsin bitməsinə az qalmış verilib.

Son həftələr Hələbdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər şiddətlənib. Cenevrədə BMT-nin vasitəçiliyi ilə keçirilən sülh danışıqlarında da fasilə yaranıb.

Aprelin 29-dan bəri qısa müddətli atəşkəslər elan olunsa da, Hələbdə döyüşlər davam edib. Son günlərin atəşkəsi bu şəhəri də əhatələyib. (azadliq.org)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: