24 saat

Həcc ziyarətini 1000 kamera izləyəcək


Səudiyyə Ərəbistanı rəsmiləri Həcc ziyarətinin keçiriləcəyi ərazilərdə 1000 yeni müşahidə kamerası quraşdırıb.

Cümhuriyyət.az modern.az-a istinadən bildirir ki, əsasən Mina vadisində quraşdırılan kameralar təhlükəsizliyi gücləndirmək və ötən ilin 24 sentyabrında 2200-dən artıq zəvvarın ölümünə yol açan hadisənin təkrar olunmaması üçün atılıb.

Bundan başqa, Həcc ziyarəti zamanı 150 müşahidə qülləsi zəvvarların hərəkət marşrutunu nəzarətdə saxlayacaq.

Sinoptiklərin məlumatına görə, bu il Həcc ziyarəti ilin ən isti vaxtına təsadüf edəcək və temperatur 50 dərəcəyə qədər yüksələcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: