Həbslərdən sonra: Diyarbəkirdə terror

Türkiyənin Diyarbəkir vilayətində terror aktı baş verib.

İnsident səhər saatlarında Diyarbəkir polis idarəsinin binası yaxınlığında törədilib.
İlkin məlumatlara görə, partlayış nəticəsində 6 nəfərin yaralandığı və 1 nəfərin həlak olduğu bildirilir. Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib.
Partlayış zamanı yaxınlıqdakı binalar ciddi zədə alıb. Partlayışın bomba yüklü avtomobil vasitəsilə törədildiyi təxmin edilir.
İHA-nın məlumatına görə, partlayışdan sonra ərazidə silahlı qarşıdurma baş verib.
Xatırladaq ki, ötən gecə HDP lideri Səlahəddin Dəmirdaş və 11 kürd deputat həbs olunub.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Səkidə yatan balaca suriyalı Türkiyəni AĞLATDI – FOTOLAR

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: