Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Gürcüstanın baş naziri Tbilisidəki məsciddə müsəlmanlarla görüşdü

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sentyabrın 11-də Qurban bayramı münasibəti ilə Tbilisinin paytaxtındakı məsciddə olub.

“Report”un məlumatına görə, baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibəti ilə təbrik edib.

G.Kvirikaşvili bu günün paklıq, kimsəsizlərə, imkansızlara yardım bayramı olduğunu bildirib. O, Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlmanların rolunun böyük olduğunu və dövlətin bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

“Gürcüstan dövləti də sizin qayğınıza qalmalıdır və qalır”, – deyə o əlavə edib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

23 dəqiqəyə 3 penalti dəf etdi – VİDEO

%d bloqqer bunu bəyənir: