Advertisements
24 saat

Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda iki dəfə zəlzələ oldu


Bu gün Gürcüstanda azərbaycanlıların yaşadığı Dmanisi rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə Gürcüstanın “İmedia” televiziya kanalı məlumat verib. Məlumata görə, zəlzələ Ermənistan sərhədinin bir kilometrliyində olub. Zəlzələnin episentri Dmanisi yaxınlığındakı azərbaycanlıların yaşadığı Söyüdlü kəndində olduğu bildirilib.

Zəlzələ baş verən bölgədə dağıntı və tələfat olmayıb. Zəlzələ zamanı yeraltı təkanların gücü 4,4 bal olub.

Qeyd edək ki, bu gün təkrar olaraq qeydə alınan zəlzələ Dmanisidə olan ikinci zəlzələdir. İyulun 12-də isə həmin rayonda 4,8 bal gücündə zəlzələ olmuşdu.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: